Hədəflər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Hədəflər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

31 Ocak 2019 Perşembe

1%-lik ARTIŞ SİZİ NECƏ DƏYİŞDİRƏR?


   Dave Brailsford 2010-cu ildə İngiltərə Professional Velosiped komandası "Team Sky"-ın başına gətirilir. 2010-cü ilə qədər heç bir İngilis komandası velosiped idmanının ən prestijli yarışlarından biri olan Tour de France-ı qazanmamışdı. Dave Brailsford bunu dəyişdirmək üçün bu vəzifəyə gətirilir.
   Brailsfordun yanaşması bəsitdi, "marjinal qazancların biraraya gəlməsi" olaraq adlandırdığı bir konseptə inandı. Bunu "gördüyünüz hər şeydə yaxşılaşmaq üçün 1%-lik bir pay" olaraq açıqladı. Velosipedlə əlaqəli hər sahədə sadəcə 1% yaxşılaşdırma əldə edə bilərsə, bu kiçik qazancların kifayət qədər böyük dəyişim və inkişafa yol açacağına inanırdı.
   İlk olaraq ağlınıza gələ biləcək təməl şeyləri optimizasiya edərək işə başladılar:
  • idmançıların bəslənməsi
  • həftəlik təlim proqramı
  • velosiped oturacağının erqonomiyası
  • təkərlərin ağırlığı və s.
Amma Brailsford və komandası orada dayanmadı. Digər komandalar tərəfindən gözdən qaçırılan, önəm verilməyən kiçik detallarda 1%-lik yaxşılaşdırmalar tapmaq üçün çox çalışdılar. Hər bir idmançı ilə ayrı-ayrı edilən çalışmalarda ən yaxşı yuxunu təmin edən yastığı kəşf etdilər və qaldıqları otellərə öz yanlarında apardılar. Hansı mühitdə daha rahat yata biləcəklərini araşdırdılar. Ən təsirli masaj jelini tapmaq üçün çalışdılar. Velosipedçilər infeksiyadan qorunmaq üçün əllərini necə yuması gərəkdiyinə dair təlimlər belə aldı. Bir sözlə ağla gələ biləcək hər sahədə 1%-lik yaxşılaşdırma axtardılar.
   Brailsford, bu strategiyanı uğurlu bir şəkildə həyata keçirə bilərsə, Team Sky-ın 5 il içində Tour de France-ı qazanacaq bir mövqeydə olacağına inanırdı. Ancaq yanıldı. 5 deyil, 3 il içində uğur qazandılar.
   2012 ilində Team Sky-ın velosipedçilərindən Sir Bradley Wiggins, Tour de France-ı qazanan ilk İngilis velosipedçisi oldu. Eyni il, Brailsford 2012 Olimpiada Oyunlarında İngilis Velosiped komandasına koçluq etdi və Team Sky mövcud qızıl medalların yüzdə 70-ni qazanaraq olimpiadaya damğasını vurdu. 2013 ilində Team Sky, Tour de France-ı təkrar qazanaraq, bu dəfə də Chris Froome ilə uğurunu təkrarladı. Chris Froome daha sonra 2015, 2016 və 2017-də də birinciliyi qazanaraq komandasını əfsanələr arasına daşıdı. Bir çox idman yazarı Team Sky-ı son 10 ilin "Ən yaxşı Modern Velosiped Komandası" elan etdi.

     Bu yaşanmış gerçək hadisə bizə HANSI mesajı ötürdü?

   Məncə ilin ilk aylarında bu mövzu üzərində bir qədər düşünməyin tam zamanıdır. Çünki məhz bu ərəfələrdə demək olar ki, bütün şirkətlərdə illik Artım faizləri və illik Satış Planları təyin edilib icraatına başlanılır. Təbii ki, bu normaldır - keçən illərə görə artım faizi olmazsa olmaz! "Böyümürsünüzsə kiçilirsiniz" prinsipi bütün sektorlar üçün keçərlidir.
   Ancaq anormal olan təyin etdiyiniz artım faizləridir. Sanki bazarda böyük bir boşluq yaranıb və ya yeni innovativ məhsul çıxarmısınız kimi keçən ilə görə 15, 20, 25%-lik artımlar təyin edirsiniz. Heç özünüzə səmimi olaraq bu sualı verirsinizmi: "Bu artım %-lərini nəyin əsasında təyin etmisiniz?" Durun, mən sizin yerinizə cavablandırım - "Sahibkar belə istəyir!". Siz də haqlısınız, bizim sahibkarlar üçün 3 artım tempi var: sürətli, daha sürətli, ən sürətli.
    Əgər bu 3 artım tempindən birini gerçəkləşdirə bilmirsinizsə o zaman sahibkara görə artım etməmisiniz. Ancaq unutduğunuz bir məqam var: Optimal artım, mümkün olan ən sürətli artım tempinin çox altındadır. Və təyin etdiyiniz bu yüksək artım tempi yalnız 2 şeyə xidmət edəcək:
  1. Özünüzü aldatmaq
  2. Çalışanlarınızın motivasyonunu qırmaq
   İnkişaf etmək istəyirsinizsə bir şeyi anlamaq və qəbul etmək lazımdır: Artım tempi nəticə deyil vasitədir. Yəni Satışlarınızın artımını hədəfləmək yerinə bu artımı təmin edəcək prosesləri yaxşılaşdırmağa (artırmağa) çalışın. Eyni ilə Brailsford-un etdiyi kimi - Məhsullarınızın keyfiyyətini, müştəri məmnuniyyətinizi, çalışanlarınızın motivasyonunu, iş axışlarınızı, xidmət keyfiyyətinizi, qiymətlərinizi, tanıtımınızı, logistikanızı, xammal tədarükünüzü və s. bütün alt sistemlərinizi yaxşılaşdırmağa çalışın. Özü də çox deyil, cəmisi 1%. Bütün bi alt sistemlərdəki 1%-lik artış əmin olun ki, Satışlarınızı çox yüksəklərə qaldıracaq. Tərsi mümkün deyil.

    UNUTMAYIN ki, düz yolda gedən tısbağa əyri yolda gedən yarış atını hər zaman keçər.

  Ümidvaram ki, bu qeydlərim Şirkətinizin inkişafı və artım tempinizin təyin edilməsində düşüncələrinizi aydınladacaqdır.
  Əgər bu və bu kimi məsələrlə bağlı daha əhatəli dəstəyə ehtiyacınız olarsa Sizə professional xidmət göstərməkdən məmnun olaram.
Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...


6 Kasım 2016 Pazar

AYLIQ HƏDƏFLƏRİNİZİ NECƏ TƏYİN EDİRSİNİZ???

     Aradan bir xeyli zaman keçsə də vaxt tapıb məqaləmin 3-cü hissəsini bitirə bildim.
    Yadınızdadırsa ötən məqaləmdə bölgə müdirlərinin əhəmiyyəti barəsində yazmışdım. Deyəlim ki bölgə müdirləriniz qeyd etdiyim bütün nüansları diqqətə alaraq, satış və verimlilik analizləri ilə satış heyətini doğru idarə etməyə başladılar. Digər tərəfdən iş zamanlarının böyük əksəriyyətini potensiallı müştərilərlə kontaktların qurulmasına və inkişaf etdirilməsinə sərf etdilər. Ancaq yenə də aylıq planlar reallaşdırıla bilinmirsə bu zaman baxacağınız nöqtə PLANLARINIZ-dır.

    Təəssüflər olsun ki, bugün əksər distribyutor şirkətlər aylıq planların təyin olunmasında eyni cür yanlış sistemdən istifadə edirlər. Belə ki, əksər şirkətlərdə planlar keçən ilin eyni ayı və ötən ayla müqayisə edilərək təyin edilir. Yəni, 2016 Oktyabr planları təyin ediləcəksə 2015 Oktyabr və 2016 Sentyabr fakt satışları əsas götürülərək təyin edilir. Tutaq ki,

2015 Oktyabr fakt satışları – 10000 AZN
2016 Sentyabr fakt satışları – 11000 AZN

    Belə olan halda şirkət rəhbərinin də keçən ilə görə “25% artım istəyi” diqqətə alınarsa 2016 Oktyabr planının minimum 12500 AZN olacağı çox aydın məsələdir. Göründüyü kimi bu cür aylıq planların təyin olunması 2 kriteriya və bir formul üzrə cəmi 5 dəqiqəlik bir məsələdir. Və ona görə də 5 dəqiqəyə təyin olunan bu planların gerçəkləşdirilməsi Allahın umuduna qalır.

    Əslində böyük və formalaşmış şirkətlərdə aylıq satış planlarının təyin olunması Marketinq şöbəsinin öhdəsinə düşür. Kiçik şirkətlərdə isə bunu şirkət rəhbərləri işə qarışaraq özləri təyin edirlər. İstənilən halda aylıq planların təyin olunması zamanı diqqət edilməsi gərəkən kriteriyalar və məqamlar var. Ümumiyyətlə aylıq planlar şirkət rəhbərlərinin istəyinə əsasən deyil, aşağıda qeyd etdiklərim əsas götürülərək təyin edilməlidir:

  1. Keçən aykı satışlar (yuxarıda bu haqda danışmışdıq)
  2. Keçən ilin eyni ayı üzrə satışlar (yuxarıda bu haqda danışmışdıq)
  3. Bu ilin ortalama aylıq satışı
  4. Keçən ilin ortalama aylıq satışı
  5. Keçən ilə görə bazarda alıcılıq qabiliyyətinin artıb-azalması
  6. Müştəri saylarının (satış nöqtələrinin) artıb-azalması
  7. Keçən ilə görə satış paketindəki fabriklərin və çeşid saylarının artıb-azalması
  8. Yetərli stokun olması
  9. Ərazidəki rəqiblərin dəyərləndirilməsi
  10. Keçən ilə görə satış sistemində dəyişikliyin olub-olmaması (sıcaq, soyuq, ödəniş vadəsinin dəyişməsi və s.)
  11. Kampaniya büdcəsi və müştəri faizlərinin müqayisəsi
  12. Satış qiymətlərinin ortalama bazar qiymətlərinə görə artıb-azalması və s.

     Göründüyü kimi aylıq planların təyin olunması üçün nə qədər araşdırma və məlumatlar gərəklidir. Bu məlumatlar olmadan təyin olunan planlar hədəf deyil, yalnız istək ola bilər. Ancaq yuxarıda qeyd etdiyim məlumatlar əsasında təyin edilən aylıq planları satış heyətinin qəbul etməməsi və reallaşdıra bilməməsi üçün heç bir bəhanə yoxdur.

Planlarınızı doğru təyin edin ki satış komandanız onu gerçəkləşdirə bilsin!



Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...


BÖLGƏ MÜDİRLƏRİNİZDƏ BU ÖZƏLLİKLƏR VARMI?

   Satış komandasının aylıq hədəflərini reallaşdıra bilməsi ilə bağlı olan məqaləmin 2-ci hissəsini Sizlərə təqdim edirəm.
   Keçən məqaləmdə qeyd etdim ki, əgər satış komandanız aylıq hədəflərinə çata bilmirsə bunun yeganə səbəbkarı satış təmsilçiləri yox, bir sıra səbəblər ola bilər. Bu səbəblərdən biri və ən mühümülərindən olan bölgə müdiri barəsində qısaca bəhs etmişdim. Düzdü, həmin məqalədə qeyd etdiyim fikirlərlə bir çox insanlar razılaşdı, ancaq bununla yanaşı fərqli fikir bildirənlər də oldu. Ancaq mən bir çox şirkətdə bölgə müdirinin işə yanaşmasını dəyişməsi ilə eyni ərazidə, eyni satış heyyəti və eyni mal paketi ilə fərqli nəticələrə nail olunmasının dəfələrlə şahidi olmuşam.

    Bir daha qeyd edirəm ki, şirkətin aylıq hədəflərinin reallaşdırılmasında bölgə müdirlərinin müstəsna əhəmiyyəti vardır. Əgər bölgə müdirləriniz vacib 2 funksiyanı yerinə yetirə bilmirsə demək ki, planlarınızın reallaşdırılması həmişə sual altında olacaq. Bu funksiyalardan biri satış heyyətinin doğru idarə edilməsi, digəri isə ərazisində olan potensiallı müştəriləri tanıması və sağlam ticari əlaqələr qurmasıdır.

   Satış heyyətinin doğru idarə edilməsi dedikdə, bölgə müdiri olaraq satış təmsilçilərinə iki istiqamətdə davranış göstərə bilərsiniz:

  1. Yönləndirici davranış; 
  2. Dəstəkləyici davranış.

    Bölgə müdiri hər gün yalnız aylıq plan və fakt satışları qarşılaşdırmaqla uğurlu nəticə əldə edə bilməz. Satış heyyətini doğru yönləndirmək üçün bölgə müdirinin satış və verimlilik analizlərini bilməsi gərəkir. Örnək olaraq bunlardan bəzilərini aşağıda qeyd edirəm:
  • Hər bir satış təmsilçisinin ortalama günlük sifariş(satış) miqdarı
  • Ziyarət başına ortalama sifariş(satış) miqdarı
  • Qazanılan müştəri sayı
  • İtirilən müştəri sayı
  • Satışa nisbətən qaytarma miqdarı
  • Satış təmsilçilərinin verimli iş zamanı sərfiyyatı
  • Vadəsi çatan müştəri borclarına nəzarət
  • Müştərilər üzrə hasilat/qalıq balansına nəzarət və s.
    Bəzi şirkətlərdə bölgə müdirləri nəyinki bu analizləri bilmirlər, hətta Excel-dən doğru-dürüst istifadə etməyi belə bacarmırlar. Bu analizləri aparmadan hər gün səhər tezdən satış heyyətinə “nə olur olsun aylıq planları vurmalıyıq” deməklə iş getməz! Satış heyyətini analizlərlə doğru idarə etməriksə satış heyəti “doğru” şəkildə bölgə müdirlərini idarə edər. Əgər söhbət satışdan gedirsə, satış rəqəmsaldır, rəqəmlər isə analizi sevir. Analiz edin və satış heyytinizi doğru yönləndirin.
    Ancaq tək yönləndirməklə iş bitmir, gərək mütəmadi dəstək də olasınız. Gərəkdiyində motivə edəsiniz, gərəkdiyində nöqsanlarını dostcasına bildirəsiniz, gərəkdiyində isə yetgi verəsiniz.

    Yuxarıda qeyd etmişdim ki, bölgə müdirinin digər vacib funksiyası ərazisində olan potensiallı müştəriləri tanıması və sağlam ticari əlaqələr qurmasıdır. Bəli bölgə müdiri iş zamanının yarıdan çoxunu ərazidə, potensiallı müştərilərin yanında keçirməlidir. Çünki satışın qəlbi ünsiyyətdir və şirkətin rəhbər nümayəndəsi olaraq potensiallı müştərilərlə qurulan hər bir sağlam bağlantı şirkət hədəflərinin reallaşdırılmasında müstəsna əhəmiyyət kəsb edəcək.

    Bölgə müdirlərinizdə yuxarıda qeyd etdiyim özəlliklər varmı? Varsa, ancaq şirkətiniz aylıq hədəflərini reallaşdıra bilmirsə o zaman səbəbini satış heyyətində axtarmayın. Digər səbəblər barəsində növbəti məqalələrdə qeyd edəcəm.


   Əgər bu kimi məsələlərlə bağlı daha əhatəli bilgi almaq istərsəniz Sizə professional dəstək verməkdən məmnun olaram.

Tel: 055 704 74 72

Faydalı olması diləyi ilə...