6 Kasım 2016 Pazar

MARKETİNQ-i bilmirik, yoxsa BİZƏ GÜVƏNMİRLƏR?

   Çox sevindirici haldır ki, bugün Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərdə Marketinq şöbələri yaradılır. Bu o deməkdir ki, şirkətlər artıq brendinq, markalaşma, strategiya kimi məsələlərə qulaq verməyə başlayıblar. Ancaq təəssüflər olsun ki, hələ sözügedən şöbənin yalnız strukturu, rəhbəri, işçiləri və vəzifələri təyin olunmuşdur. Ancaq yetki və səlahiyyət məsələsinə gəlincə deyəsən hələ bir qədər də gözləməli olacağıq. İşim gərəyi bir çox şirkət rəhbərləri ilə görüşərkən onlara bu barədə sual verdiyim zaman əksər hallarda aldığım cavablar:

  • “Onlar hələ təzədir, bu işi mənim qədər bilməzlər, ona görə birbaşa özüm idarə edirəm”;
  • “Marketinqin işi satılmayan mallar üçün kampaniya hazırlamaqdı, onlar bunu etsin mənə kifayətdi”;
  • “Marketinqin tələb etdiyi araşdırma və reklam büdcəsinə pul xərcləməkdənsə istehsalımı genişləndirərəm”
və s. şəklində olur.

    Görəsən şirkət rəhbərlərimiz və ya CEO-larımız niyə hələ də bu cür düşünürlər? Görəsən bu dəyərli rəhbərlər hələ də marketinqə, yoxsa marketinq mütəxəssislərinə inanmırlar? Yoxsa hələ də şirkətin parlaq gələcəyini satış komandasına daha çox basqı etməkdə görürlər? Ancaq onu da qeyd edim ki, bugün gördüyümüz və bildiyimiz bütün markaların yaradılması sırf marketinqlə bağlıdır. Və həmin markaların da yaradıcıları bəzən səhv edirlər, yalnış qərarlar verirlər. Ancaq səlahiyyət və yetki sahibləri olduqları üçün araşdırıb doğru qərarları tapırlar.

     Ümidvaram ki, bu cür iş prinsipi tezliklə bizim şirkətlərdə də bərqərar olacaq və bu vəziyyət həm dəyərli markaların, həm də dəyərli marketoloqların formalaşmasına zəmin yaradacaq. Sonda fikrimi Steve Jobs-un məşhur bir ifadəsi ilə tamamlamaq istərdim.


     “İşə ağıllı insanlar götürüb, sonra onlara nə etmək lazım olduğunu deməyin heç bir mənası yoxdur. Biz işə ağıllı adamları götürürük ki, onlar bizə nə etməli olduğumuzu desin”.


Hiç yorum yok: