ÖZGÜVƏN...
Bu
satışın olmazsa olmazıdır!
Bəzən
elə böyük və imicli şirkətin satıcısı elə hürkək və cansıxıcı davranır ki, adam
o satıcı ilə kontaka keçib mal almaq istəmir.
Və
yaxud sənə lazım olan malı satıcı elə özgüvənsiz formada təqdim edir ki, o malı
almağa qorxursan.
Yəni
hansı şirkətdə çalışmağınızdan və nə satdığınızdan asılı olmayaraq Özgüvəniniz
yoxdursa OLMAYACAQ!
Bəzən də elə olur ki, nə satdığı mal bəlli deyil, nə də ki adını səsləndirdiyi firmanı tanımırsan. Ancaq satıcının özü, malı və şirkəti ilə bağlı Özgüvənli təqdimatı adamın diqqətini çəkir. Satış təqdimatı bitir, ancaq həmin satıcının özgüvəni səndə yadda qalan izlər buraxır.
Özgüvəni olmayan satıcı yalnız müştərisinə dəyər verər, özünü (malını və şirkətini də) isə ucuz tutar. Müştəri nə desə razılaşar, onun dediyi hər şeyi qanun bilər.
Özgüvəni
olan satıcı isə həm özünə, həm də müştərisinə dəyər verər. Müştərinin hər tələbini
həmən qəbul etməz, dəyərləndirər. Lazım gəldikdə uyğun olmayan müştəri tələbini
qəbul etməz. Ancaq bunu edərkən də müştəriyə elə əsaslı açıqlamalar verər ki,
bu davranışdan müştəri inciməz.
Ancaq
Özgüvəni Yekəxanalıqla qarışdırmamaq lazımdır.
Özgüvən
– bilgidən qaynaqlanır. Özünü (bilgi və bacarıqlarını) tanıyırsan, malını mükəmməl
bilirsən və şirkətinə tam arxayınsan. Bütün bunların fonunda Özgüvən
formalaşır.
Yekəxanalıq
isə pafoslu boş danışıqdan başqa bir şey deyil. Yəni nə bilgi və bacarığın
yoxdur, nə malını tanımırsan, ya da şirkətinin yerinə gətirəməyəcəyi sözlər
verirsən.
Çalışın
Özgüvənli satıcılar yetişdirin....