İstər
iş həyatınızda, istərsə də şəxsi yaşamınızda uğurlu olmaq istəyirsizsə bu qaydanı
hər zaman DİQQƏTƏ almalısınız.
Möhtəşəm
olan bu beynimiz qərar qəbul edərkən hər zaman ətrafda olanları dəyərləndirir.
Dəyərləndirməni
isə duyğu (lamisə) orqanları vasitəsilə həyata keçirir.
Yəni
gördüklərinə, eşitdiklərinə, qoxladıqlarına, daddıqlarına və toxunduqlarına
söykənərək dəyərləndirmə edir.
Ancaq
məsələ burasındadır ki, beynimiz aldığı bu məlumatların hər birinə eyni səviyyədə
yanaşmır.
Qərar
vermədən sorumlu olan Köhnə Beynimiz bir mənalı GÖRSƏLDİR.
Gözlər
vasitəsilə ötürülən mesajlar eşitmədən 40
qat sürətlidir.
Görsəl
xəbərdarlıqla bağlı qərarlar 2
millisaniyədə verilə bilir.
İnsanlar
öyrəndiklərinin 75%-ni görərək,
13%-ni isə eşidərək öyrənir.
Bütün
bunlar nə mənaya gəlir?
İstər
şifahi, istərsə də yazılı ünsiyyət zamanı qarşı tərəfə
mesaj ötürərkən GÖRSƏLLİYİ istifadə etməlisiniz.
1) - Deyəlim ki, danışıq yoluyla (şifahi) satış etməyə çalışırsız. Müştəri beynində alacağı malın görsəlliyini canlandıra bilməsəniz satış etməniz çox çətindir.
Örnək 1: “Əgər ev satırsınızsa
evin tikintisində istifadə edilən qum, daş, armaturdan danışmaq müştərinin o qədər
marağına səbəb olmayacaq. Ancaq müştərinin özünü o evin içində xəyal etməsinə
yardımçı olarsınızsa, yəni beynində görsəllik canlanarsa alış ehtimalı çox
artar”
Örnək 2: “Əgər bir arıqlatma
aləti satırsınızsa bu alətin performasından danışmağınız o qədər də işinizə
yaramayacaq. Ta ki siz müştəri beynində canlandırma etməyənə qədər. Arıqladığında
necə gözəl görünəcəyi, arzu etdiyi geyimləri geyinə biləcəyi, daha enerjili
olacağı, həyatdan daha çox zövq alacağı ilə bağlı görsəllik yaradatdığınızda həmin
alət özü-özünü satacaq”
2) - Təqdimat zamanı (yazılı ünsiyyət) da bu da qayda keçərlidir.
Təqdimat slaydlarınızda yazılar xaricində görsəl materiallardan (rəsm,
qrafik, infiqraf və s.) istifadə edilməsi dinləyicilərinizin həm diqqətini çəkəcək, həm də ötürmək istədiyiniz
bilgilərin ağılda qalıcılığını
artıracaq.
Araşdırmalar ortaya qoyur ki, bilgi ötürərkən tək başına görsəl
istifadə etmək, sadəcə yazı istifadə etməkdən 3 qat təsirlidir.
Görsəl materialları yazı ilə birgə istifadə etmək isə sadəcə yazı
istifadə etməkdən 6 qat daha təsirlidir.
Ancaq görsəlləriniz slaydda ötürmək istədiyiniz mesajla əlaqəli
olmalı, onu gücləndirməlidir.
Süsləmə məqsədilə istifadə edilən görsəllər əks təsir göstərər. Ötürmək
istədiyiniz mesajı qarmaşıqlaşdırar və dinləyicinin diqqətini dağıdar.
Faydalı olması diləyi ilə...